Elano Braziliyada qol şousu göstərir

Elano Braziliyada qol şousu göstərir

Keçən ilə qədər İstanbulun "Qalatasaray" futbol klubunun şərəfini qorumuş, Braziliya Milli Komandasının da üzvü olan Elano Brumen, transfer olunduğu Braziliyanın "Santos" futbol klubunda gözəl futbol oynaması ilə diqqət mərkəzinə düşüb.Siasport.az idman saytı xəbər verir ki, braziliyalı ulduz futbolçu yeni komandasında qolları sıralamaqda davam edir. "Qalatasaray"da heç cürə özünü yaxşı tərəfdən göstərə bilməyən E.Brumen. bunun əksinə olaraq öz doğma vətənində əsl qol şousu göstərməyə başlayıb. Artıq neçə oyundur ki, komandasının keçirdiyi qarşılaşmalarda qol şousu göstərən braziliyalı futbolçu, özünü yaxşı hiss etdiyini və tezliklə daha böyük nəticələrə imza atacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə