Məşhur amerikalı boksçu Məhəmməd Əli ötən gün vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 74 yaşlı boksçunun ölümünə səbəb ağ ciyərlərindəki problem olub. İyunun 1-də xəstəxanaya yerləşdirilən Məhəmməd Əli son günlərini xəstəxanada keçirməli olub.
Qeyd edək ki, Məhəmməd Əli dünyanın ən məşhur idmançılarındandır. O,1960-cı ilin Olimpiya çempionu, ağır çəkidə mütləq dünya çempionu (1964-1966, 1974-1978), beşqat "İlin boksçusu"dur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB