Nazim Məcidov: \"Bulvarda yerləşən Daxili İşlər Nazirliyinin Dinamo Cəmiyyətinin binası sökülür\" - AÇIQLAMA
"Hazırda Bulvar ərazisində yerləşən Daxili İşlər Nazirliyinin Dinamo Cəmiyyətinin binası sökülür". Siasport.az saytı xəbər veir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov SİA-ya açıqlamasında deyib. O bildirib ki, sökülmənin səbəbi həmin cəmiyyətin yeni binaya köçməsidir. N.Məcidovun sözlərinə görə, tikili tam söküldükdən sonra həmin ərazi bulvar idarəsi tərəfindən abadlaşdırılacaq, yeni döşəmə vurulacaq, yeni ağaclar, güllər və kollar əkiləcək.
O söyləyib ki, ərazidə hər hansı bir tikilinin sökülməsi orada olan tikililərin sayının azalması deməkdir: "Bu tikilidən başqa hazırda planda hər hansı bir obyektin sökülməsi nəzərdə tutulmayıb. Amma ehtiyac olarsa, istisna deyil. Nəsə köhnəlirsə, səmərəsini itirirsə, ideya baxımdan əl vermirsə, o zaman həmin tikililəri sökməyə məcburuq. Amma yaxın gələcəkdə belə bir planımız yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB