Almaniyanın regional liqasında çıxış edən "Rot Vayss" (Oberhauzen) klubu Zlatan İbrahimoviçə qeyri-adi təklif göndərib. Oberhauzen təmsilçisi futbolçuya istədiyi məbləği ödəyə bilməz. Ancaq klubun saytında yer alan məlumatda müqaviləyə bir sıra cəlbedici bəndlər daxil edildiyi bildirilir.
Həmin bəndlər bunlardı:
- Şəhərin rəmzi açarı Zlatana təqdim ediləcək.
- Şəhərin ən görməli yeri və bütün mədəni tədbirlərin keçirildiyi məkan — Ebertbadan onun öhdəsinə veriləcək.
- 1983-cü ildən qapalı olan yerli hovuz onun şərəfinə açılacaq.
- İsveçli forvard şəhərin kralı ola və orada monarxiya qura bilər.
- Təklifi qəbul edərsə, yerli pivənin adı dəyişdirilərək "Ibrahimovic Pilsener", sosislərin adı isə "Schweden-Happen" olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB