“Beşiktaş” “Trabzonspor”a futbol dərsi keçdi

“Beşiktaş” “Trabzonspor”a futbol dərsi keçdi

Artıq heç kim İstanbulun "Beşiktaş" futbol klubunun böyük uğurlar qazanacağına şübhə etmir. Siasport.az idman saytı xəbər verir ki, dünən "İsmət İnönü" stadionunda Türkiyə Kuboku çərçivəsində keçirilən oyunda "Beşiktaş", Superliganın hazırkı lideri olan "Trabzonspor" futbol klubunu qəbul edib. Hər iki klubun iddialı olması və aralarındakı mübarizənin prinsipiallığı oyuna marağı artırırdı. "İsmət İnönü" stadionuna toplaşan 50-60 minə qədər azarkeş ordusu da görüşə əlavə rəng verirdi. "Qara qartal", tərəfdarları qarşısında portuqaliyalı ulduz futbolçularının ustalığı sayəsində Superliganın hazırkı liderini qarşılaşmanın elə ilk hissəsindəcə məğlubiyyətə uğradıb. Oyunun 10-cu dəqiqəsində Almeyda və 30-cu dəqiqədə Quraeşma gözəl qollar vuraraq Trabzon şəhərinin təmsilçisini meydanın mərkəzinə dəvət ediblər. İkinci hissə başlayan kimi irəli atılan "Trabzonspor" Türkiyə Superligasında təsadüfən lider olmadığını sübut etməyə çalışıb və qarşılaşmanın 46-cı dəqiqəsində Alanzinyo "Beşiktaş"ın qapısına yol tapa bilib. Bu qoldan sonra "Beşiktaş"ın möhtəşəm azarkeş dəstəyinə baxmayaraq Superliganın hazırkı lideri hücumlarını davam etdirib. Bi neçə epizodda "Qara qartal"ı qoldan qapıçı Cengin möhtəşəm reaksiyaları xilas edib. Amma qalan dəqiqələrdə qol vura bilməyən və "Beşiktaş"a uduzan "Trabzonspor" 2:1 hesablı məğlubiyyətə uğrayaraq Türkiyə Kuboku uğrunda gedən mübarizədən kənarda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə