"Xəzər Lənkəran" Antalyadakı təlim məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirdi. Siasport.az saytı xəbər verir ki, bu dəfə rəqib Ukraynanın yüksək dəstəsinin son pilləsində qərarlaşan "Metallurq" (Zaporojye) komandası oldu. Oyun "Gloria Serenti" otelinin meydançasında keçirildi.
Ötən oyunda olduğu kimi, bu dəfə də baş məşqçi sərəncamında olan oyunçuların əksəriyyətini sınadı. Oyun ümumilikdə bərabər səviyyəli mübarizə ilə yadda qaldı. İlk hissədə qapılar qarşısında bir neçə təhlükəli epizod yaşandı. Elə məhz ilk hissədə komandamız hesabı açmağa nail oldu. Bunun üçün Stanku Stelianın cərimə meydançasına asma etməsi kifayət etdi – rəqib müdafiəçisi topu öz qapısına yolladı.
İknci hissədə oyun eyni tərzdə getdi və heç bir komandanın üstünlüyü ilə seçilmədi. Bununla belə oyunun əsas vaxtının sonuna beş dəqiqə qalmış rəqib hesabı bərabərləşdirməyə nail oldu. Bununla da, növbəti yoxlama oyunu heç-heçə ilə yekunlaşdı.
Antalya toplanışı çərçivəsində daha bir yoxlama görüşünün isə sabah keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB