İtaliya A Seriyasında lider mövqeyini qoruyan "Milan" futbol klubu, 2003-cü ildən bəri ancaq həsrətlə baxa bildiyi İtaliya Kubokunda da fırtına kimi əsir. Siasport.az idman saytı xəbər verir ki, italyan klubu bir neçə ildir ki, davam edən uğursuz seriyaya məhz bu il son qoymaq istəyir. Bu istək isə "Milan"ın "Sampdoriya" ilə oynanılan kubok oyununda da qabarıq şəkildə nəzərə çarpırdı. Bu oyunun qəhrəmanı heç şübhəsiz ki, "Milan"ın braziliyalı ulduzu Pato idi. Braziliyalının qarşılaşmada 5 dəqiqə ərzində vurduğu mükəmməl qollar "Milan"ı İtaliya Kubokunun yarımfinalına çıxartdı. Rəqib meydanında qarşılaşmaya sürətlə başlayan "Milan", Patonun 17-ci və 22-ci dəqiqələrdə vurduğu qollarla oyunun birinci hissəsini üstün durumda bitirib. Amma meydan sahibləri ikinci hissəyə qələbə əzmi ilə çıxıblar və bunun məntiqi nəticəsi olaraq oyunun 51-ci dəqiqəsində "Sampdoriya" Gubertinin vurduğu qolla hesab arasındakı fərqi azalda bilib. "Sampdoriya" futbolçuları bu qoldan sonra ruhlanaraq bərabərliyi təmin etmək və qələbə topu vurmaq üçün irəli atılsalar da onların bu niyyətləri baş tutmayıb. Bununla da rəqib meydanında 2:1 hesablı qələbə qazanan "Milan" 2007-ci ildən bu yana ilk dəfə İtaliya Kubokunda yarımfinala çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB