“Atletiko Madrid” “Real”ın Diyeqo Maradonanın kürəkəni üçün təklif etdiyi 45 milyon avronu rədd etdi!
İspaniyanın "Real Madrid" futbol klubunun heyətini gücləndirmək üçün ardıcıl transferlər reallaşdırmaq yönündəki addımları ara vermir. Siasport.az idman saytı xəbər verir ki, İngiltərənin "Mançester Siti" futbol klubundan Emanuel Adebayoru heyətinə qatan kral klubunun budəfəki "ov istəyi" uğursuz alınıb. Belə ki "Real" rəhbərliyinin "Atletiko Madrid" futbol klubunun argentinalı futbol ulduzu, məşhur futbol dahisi Diyeqo Maradonanın kürəkəni Serxio Aguera üçün təklif etdiyi 45 milyon avro rədd edilib."Atletiko Madrid"in nümayəndəsi Miguel Angel Gil, keçən həftə "Real"ın argentinalı ulduz futbolçu üçün 45 milyon avro təklif etdiyini, amma bu təklifin onlar tərəfindən rədd edildiyini açıqlayıb. O bildirib ki, onlar bu futbolçuya çox güvənirlər və yeni qurmağa hazırlaşdıqları komandanı risk altına atmaq istəmirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB