Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Respublika Şahmat Mərkəzində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 1995-1996-cı il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilir. Siasport.az saytı xəbər verir ki, oğlanlar arasında yarışlar İsveçrə sistemi üzrə, qızlar arasında yarışlar dairəvi sistem üzrə təşkil olunub. Beş turdan sonra oğlanlar arasında yarışda Nurlan Şabanov (RİOEUGŞM), Murad Həşimov (HRŞDK) və Mehdi Məmmədov (1№-li İOEUGŞDİM) hər biri 4 xalla I-III yerdə, qızlar arasında isə yarışda Məryəm Eyyubzadə (2№-li UGŞİM) və Nərmin Söyünlü (1№-li İOEUGŞDİM) hər biri 5 xalla I-II yerdə, Nigar Hüseynova (1№-li İOEUGŞDİM) və Səmayə Həmidova (RİOEUGŞM) hər biri 3 xalla III-IV yerdə qərarlaşıblar. Birinciliyə yanvar ayının 28-də yekun vurulacaq. Oğlanlar arasında yarışda ilk üç yeri tutmuş idmançı, qızlar arasında yarışda isə ilk dörd yeri tutmuş idmançı müvafiq respublika birinciliyinə vəsiqə qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB