"Neftçi" Roşa və Jabanı transfer edir

"Neftçi" Roşa və Jabanı transfer edir
Hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Neftçi" heyətinə iki braziliyalı futbolçu qatmağa hazırlaşır. Siasport.az sayt xəbər veir ki, paytaxt klubu Azərbaycan Premyer Liqasının aparıcı futbolçuları olan "sambaçı"ları gözaltı edib.
Belə ki, "Neftçi" "Bakı"nın yeni baş məşqçisi Aleksandr Starkov tərəfindən əsas komandadan kənarlaşdırılan və əvəzedici heyətə göndərilən Leonardo Roşa və Jaba ilə müqavilə imzalamaq istəyir. Danışıqlar mərhələsinin yekunlaşmaq üzrə olduğu və futbolçularla müqavilənin yaxın günlərdə imzalanacağı deyilir.
Qeyd edək ki, Jaba 2009-cu ildə Türkiyənin "Ankaragücü" klubundan "Bakı"ya transfer olunub. Roşa isə əvvəllər "Standard"da çıxış edib və "Bakı"ya "İnter"dən gəlib.//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə