Azərbaycan millisi FIFA reytinqində gerilədi

Robert Prosineçkinin komandası 252 xalla 138-ci pillədə qərarlaşıb
Azərbaycan millisi FIFA reytinqində gerilədi

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Dünyanın 209 komandasının yer aldığı siyahıya 1503 xalla Argentina yığması başçılıq edir.

Azərbaycan millisi ötən ayla müqayisədə 5 pillə geriləyib. Robert Prosineçkinin komandası 252 xalla 138-ci pillədə qərarlaşıb.

Avstriyada keçirilən təlim-məşq toplanışında millimizin Andorrayla heç-heçəsi (0:0) və Makedoniyaya uduzması (1:3) reytinq cədvəlinə təsirsiz ötüşməyib.

Növbəti reytinq cədvəli iyulun 14-də açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə