Adnan Polat rəqibini istefaya göndərdi

Adnan Polat rəqibini istefaya göndərdi

Axır ki, bir neçə həftədir İstanbulun "Qalatasaray" futbol klubunda gözlənilən istefa reallaşıb. Siasport.az idman saytı xəbər verir ki, davamlı olaraq klubun prezidenti Adnan Polata qarşı müxalifət mövqeyində duran vitse prezident Mehmet Helvaçı istefaya göndərilib. Klubun idarə heyətinin iclasında səlahiyyətlər ondan alınaraq Işın Çelebiyə təhvil verilib. Xatırladaq ki. "Türk Telekom Arena"nın açılışında baş verənlərdən sonra A.Polatı sərt şəkildə tənqid edən M.Helvaçı, onun "Qalatasaray" klubunun prezidentliyindən getməsinin vacibliyini açıqlayırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə