"Ştuttgart" Mauro Kamoranesi ilə yollarını ayırdı
Almaniya Bundesligasında çıxış edən "Ştuttgart" futbol klubu italiyalı futbolçu Mauro Kamoranesi ilə yollarını ayırıb. Siasport.az idman saytı xəbər verir ki, 2006-cı ildə keçirilən Dünya Çempionatında İtaliya milli komandasının heyətində dünya çempionu olan M.Kamoranesi, alman klubunun rəsmi internet sistemində bu məsələyə dair fikrini bu cür ifadə edib ki, klubun təlim-məşqlərində özünü yaxşı tərəfdən göstərə bilmir və istədiyi futbol performansını nümayiş etdirə bilmir.
"Ştuttgart" klubunun idman direktoru Jokhen Şneyder də M.Kamoranesinin professional futbolçu olduğunu bildirib və əlavə edib ki, bu baxımdan da italiyalı futbolçu ilə müqavilə qarşılıqlı şəkildə ləğv edilib. Xatırladaq ki, İtaliyanın "Yuventus" futbol klubundan bu mövsümün əvvəllərində alman klubuna transfer olunan M.Kamoranesi, 7 qarşılaşmada meydana çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB