Ruud van Nistelrooy “Hamburq” klubunu hədələdi !

Ruud van Nistelrooy “Hamburq” klubunu hədələdi !

"Real Madrid"in əfsanələrindən olan hollandiyalı futbol ulduzu Ruud van Nistelrooy hazırda çıxış etdiyi "Hamburq" futbol klubuna qarşı kəskin açıqlama ilə çıxış edib. Siasport.az idman saytı xəbər verir ki, kral klubunun yenidən öz heyətinə cəlb etmək istədiyi hollandiyalı futbol ulduzu, "Real"ın onun transferi ilə bağlı təklifini rədd edən "Hamburq" futbol klubu ilə mövsümün sonunda bitəcək müqaviləsinin müddətini uzatmayacaqını açıqlayıb. O bu addımını klub rəhbərliyi tərəfindən ona göstərilən münasibətlə əlaqələndirib. Məsələ ilə bağlı danışan hollandiyalı futbolçunun meneceri Rodger Linse, alman klubunun ulduz futbolçuya qarşı hazırkı mövqeyini ədalətsizlik adlandırıb: " Klub rəhbərlyinin onu "Real Madrid"ə buraxmaması böyük haqsızlıqdır. O, yenidən "Real"a qayıtmağı çox istəyirdi. Amma klubun mövqeyindən sonra o çox qəzəbli görünür. Bu ona çox pis təsir edib."-deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə