“Qalatasaray” Volkan Şən üçün “Bursaspor”a 4 milyon avro təklif etdi...

“Qalatasaray” Volkan Şən üçün “Bursaspor”a 4 milyon avro təklif etdi...

"Qalatasaray" futbol klubu transfer siyasətini davam etdirməkdə israrlıdır. Siasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi "Türk Telekom Arena"da başladığı uğurlu qələbə seriyasını ardıcıl olaraq davam etdirmək niyyətindədir. Təsadüfi deyil ki ilk rəsmi qarşılaşmaya qədər Türkiyə Superliqasında 9-cu sırada qərar tutan "Cim-Bom" artıq "Sivasspor" üzərindəki qələbədən sonra 7-ci yerə qədər irəliləyə bilib. Komanda rəhbərliyi artıq bir neçə aydır ki, transfer etmək istədiyi, amma hələ də bu istəyinə nail ola bilmədiyi "Bursaspor"un istedadlı futbolçusu Volkan Şən üçün danışıqları intensivləşdirib. Türkiyə mediyası xəbər verir ki, bu transferi reallaşdırmaq üçün hərəkətə keçən İstanbul təmsilçisi "Bursaspor" futbol klubunun prezidenti İbrahim Yazıçıya 4 milyon avro məbləğində pul və üstəlik daha 3 futbolçusunu təklif edib. Onsuz da "Bursaspor" klubunda baş məşqçi Ərtuğrul Sağlamla münasibətləri son vaxtlar gərgin vəziyyətdə olan futbolçunun da "Qalatasaray"a transfer olmağa müsbət yanaşdığı verilən məlumatlar sırasında yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə