Bu il sensasiyalı transferlərlə bütün dünya futbolunun diqqətində olan İstanbulun "Beşiktaş" futbol klubunun bəxti bu dəfə UEFA Avropa liqasında parlaya bilər. Siasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisinin Avropa liqasındakı rəqibi Kiyevin "Dinamo" futbol klubu Avroliqa mübarizəsindən uzaqlaşdırıla bilər. FİFA-nın baş katibi Jerome Valske jurnalistlərə bildirib ki, 2012-ci ildə keçiriləcək Avropa Çempionatına Polşa ilə birlikdə ev sahibliyi edəcək Ukraynadakı futbol federasiyasının işinə yerli hökumət qarışmaqda davam etsə, o zaman Kiyev "Dinamo"su da daxil olmaqla bütün Ukrayna klubları və Milli Komanda beynəlxalq yarışlardan məhrum olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB