"Turan" "Obolon"a qalib gəldi

Premyer Liqanın qış fasiləsində Türkiyənin Antalya şəhərində hazırlıq keçən "Turan" növbəti yoxlama oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, Ukraynanın "Obolon" klubu ilə qarşılaşan Tovuz təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb. "Turan" klubunun heyətində Georgi Çediya və Georgi Beriaşvili fərqləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə