Bu idman növünün Avropada yayılmasında Amerika əsgərlərinin rolu

Basketbol (İngiliscə: basketball - səbət topu) komanda halında əllə oynanan və topu yüksəkliyi 3,05 m olan pota adı verilən çevrədən keçirərək qazanmağa çalışılan komanda oyunudur. Bütün dünyada məşhur olan bir idman növüdür. İlk olaraq 1891-ci ildə Jeyms Naismit (James Naismith) tərəfindən oynadılmışdır. Jeyms Naismit basketbolu Mayas qəbiləsinin tlahiotenie oyunundan götürdüyü düşünülməkdədir.
Basketbol ABŞ-ın Masaçuses əyalətində Sprinqfild Gənc Kişilər Xristian Birliyi (YMCA) Təhsil Məktəbində bədən tərbiyəsi müəllimi olan Jeyms Naismit tərəfindən 1891-də yaradılmışdı. Atlet və beyzbolculara qış məşqləri etdirmək məqsədiylə inkişaf etdirilən bu oyunda məqsəd taxtadan düzəlmiş səbətlərə topun salınması idi. İlk oyunlarda 7 nəfər iki komanda arasında 20 dəqiqəlik üç dövrə üzərindən oynanmışdı. Oyunun əsl hədəfi səbətlər olduğuna görə Dr.Naismit bu oyuna \"səbət topu\" mənasını verən "basketbol" adı vermişdi.
Basketbol yaradılmasından qısa bir müddət sonra bütün məktəblərə, universitetlərə və hətta gimnastika salonlarına qədər yayılmışdı. Gənclərdə bu idmana qarşı oyanan istək klubları basketbol şöbələri açıb komanda qurmağa məcbur etmiş və beləcə basketbol Amerikanın ən məşhur milli oyunu halına gəlmişdi.
Basketbolun Avropadakı ilk sınağı 1893-cü ildə Parisin Trevis küçəsindəki köhnə bir gimnastika salonunda edilmişdi. Daha sonralar, xüsusilə Birinci Dünya Müharibəsi əsnasında basketbolun Avropada yayılmasında amerikalı əsgərlərin böyük təsiri olmuşdu. Sürətlə inkişaf edən basketbol beləcə Avropada ən yayılmış idmanlar arasında yerini almışdı. Amerika 1897-ci ildə kişilər, ardından 1900-cü ildə qadınlar arasında ilk milli basketbol çempionatlarını təşkil edərək bu idmanı ölkə diametrində məşhur hala gətirmişdi. Amerikalılar milli idman olaraq mənimsədikləri basketbol üzrə 1904-cü ildə Sent Luiz Olimpiya Oyunlarında klub komanda arasında matçlar təşkil edərək Olimpiya Oyunlarına qatılan bütün ölkələrə tanıtmışdı. 1905-ci ildə dünyanın ən böyük idman salonlarından Nyu York Madison Skver Qarden qapılarını basketbola açmışdı.
Uzaq şərqdə də 1913-cü ildən etibarən qarşılaşmalar təşkil edilməyə başlanmışdı. Beləcə bu oyun bir neçə il içində Kanada, Fransa, İngiltərə, Avstraliya, Çin və Hindistan başda olmaqla bütün dünya ölkələrinə sürətlə yayılmış, xüsusilə böyük şəhərlərdəki geniş idman sahələrində universitetlər arasında qarşılaşmalar olmuşdu. Beynəlxalq Həvəskar Basketbol Federasiyası (FIBA) beynəlxalq qarşılaşmaları idarə etmək məqsədiylə 20 iyun 1932-ci ildə İsveçrənin Cenevrə şəhərində İsveçrə, Yunanıstan, İtaliya, Portuqaliya, Argentina, Rumaniya və Çexoslovakiya Basketbol Federasiyalarının əməkdaşlığı ilə yaradılmışdı. FIBA hər dörd ildə bir Olimpiya Oyunlarının təşkil edildiyi şəhərdə toplanaraq basketbolu daha cazibədar hala gətirmək üçün lazımlı qayda dəyişikliklərini etməkdədir.
Avropa Basketbol Çempionanatı 1935-ci ildə başlamış, 2 ildə bir təşkil edilməkdədir. Həvəskar bir idman olaraq basketbol ilk dəfə 1936-cı ildə Berlində təşkil edilən Olimpiya Oyunlarına daxil edilmişdir. 1951-ci ildə başlayan kişilər arasında Dünya Çempionatını1953-də Qadınlar Dünya Çempionatı izləmişdir. Olimpiya Oyunlarına qadınlar ilk dəfə 1976-cı ildə qatılmışlar. Avropa Liqası isə 1995-96 -cı il mövsümündə başlamışdı.

İlkin Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə