“Real Madrid” Emmanuel Adebayoru heyətinə qatıb

“Real Madrid” Emmanuel Adebayoru heyətinə qatıb

İspaniya La Liqasının və dünyanın ən reytinqli futbol klublarından olan "Real Madrid" futbol klubu transfer sahəsində daha bir səs-küylü transfer reallaşdırıb. Siasport.az saytı xəbər verir ki, kral klubu artıq ərəb şeyxlərinin əlində cəmləşən İngiltərənin "Mançester Siti" futbol klubunun togolu futbolçusu Emmanuel Adebayoru mövsümün sonuna qədər heyətinə qatıb.Artıq kral klubunun rəsmi internet saytı da bu barədə informasiya ilə çıxış edib. Klubun yaydığı məlumata əsasən E.Adebayor mövsümün sonuna qədər satın-alma əməliyyatı ilə ispan klubuna transfer olunub. Bu mövsüm UEFA Avropa Liqasında oynamış E.Adebayor, "Real Madrid"in Çempionlar Liqasındakı sifariş ərizəsinə də daxil ediləcək. 26 yaşlı togolu futbolçu bu mövsüm ingilis klubunun heyətində meydana çıxdığı 12 oyunda 5 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə