Deyəsən İngiltərə Premyer Liqasının hazırkı lideri olan "Mançester Yunayted" klubu da gözə gələn növbəti ingilis klubu olacaq. Siasport.az saytı xəbər verir ki, bir neçə gün bundan əvvəl ərəb milyarderin satın almaq istədiyi "Qırmızı şeytanlar", dünən Premyer Liqa çərçivəsində keçirilən növbəti oyunda məğlubiyyətin bir addımlıqında olublar. Səfərdə "Blakbörn"ün qonaqı olan "Mançester Yunayted" ilk hissədə rəqib komandanın futbolçularının vurduqları iki qolla hesabda geriyə düşsə də, qarşılaşmanın ikinci hissəsində "Qırmızı şeytanlar" özlərinə gələ biliblər. Belə ki, ingilis klubunun bolqarıstanlı forvardı Dimitar Berbatov oyunun 72-ci dəqiqəsində buraxılan qollardan birinin əvəini çıxıb. Qarşılaşmanın 74-cü dəqiqəsində Javier Hernandez hesabı bərabərləşdirib. Nəyin bahasına olursa-olsun bu oyunu qələbə ilə tərk etməyin vacibliyini anlayan ingilis klubunun futbolçuları qarşılaşmanın 88-ci dəqiqəsində D.Berbatovun vurduğu qolla "Mançester Yunayted"i hesabda irəli çıxarıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB