Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli "World Masters" turnirində böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə qayıdıblar. SİA-nın məlumatına görə, mötəbər turnirdə 4 medal qazanmış milli komandamızın üzvlərini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş böyük coşqu ilə qarşılayıblar. Cüdoçuların şəninə müxtəlif şüarlar səsləndirilib.
Qeyd edək ki, "World Masters" turnirində cüdoçularımızdan Orxan Səfərov (60 kq) və Elmar Qasımov (100 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) isə bürünc medala sahib olublar.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB