Şəhriyar Məmmədyarov: "Milli komandamız məsuliyyəti başa düşür" AÇIQLAMA

Şəhriyar Məmmədyarov: "Milli komandamız məsuliyyəti başa düşür" AÇIQLAMA

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2016" superturnirinin VI turunda Teymur Rəcəbovla heç-heçə edən Şəhriyar Məmmədyarov qarşılaşma haqda fikirlərini bildirib. SİA-nın məlumatına görə, Sumqayıt şahmat məktəbinin yetirməsi partiyanı belə şərh edib: "İstirahət günündən sonra yorğunluq hiss olunmur. Amma bunun oyunumuza təsiri yoxdur. Heç kimdə üstünlük yox idi. Fiqurları dəyişəndən sonra belə bərabərlik davam etdi".

Ş.Məmmədyarov Azərbaycan millisinin Bakı Şahmat Olimpiadasına hazırlıq planının tərtib olunduğunu qeyd edib: "Hazırlıq barədə federasiya rəsmiləri danışsa, daha yaxşı olar. Milli komandamız məsuliyyəti başa düşür. Biz bilirik ki, olimpiada çox çətin yarışdır. Əlimizdən gələni edəcəyik ki, şahmatsevərləri sevindirək. Olimpiadaya hələ vaxt var. Ona görə indidən proqnoz vermək istəməzdik".

Bütün xəbərlər Facebook səhifəmizdə