Teymur Rəcəbov: "Şahmat Azərbaycanda bir nömrəli idman növüdür" AÇIQLAMA
Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2016" superturnirinin VI turunda Azərbaycan şahmatçıları Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov heç-heçə oynayıb. SİA-nın məlumatına görə, partiyadan sonra T.Rəcəbov bərabərliyin qaçılmaz olduğunu qeyd edib: "Şəhriyarla oyun heç-heçə başa çatdı. Heç bir üstünlük yox idi. Ona görə də bərabərlik qaçılmaz oldu. Fikrimcə, partiyada fəallıq hiss olunmurdu".
Şahmatçı Şəmkir turnirində çalışdığı məşqçinin adını çəkmək istəmədiyini bildirib: "Əlbəttə, kompüter vasitəsilə hazırlaşırıq. Kömək edən insanların adını çəkmək istəmirəm. Bəzən şahmatçı məşqçini yarışa özüy ilə gətirir ki, rəqibləri qorxutsun. Belə amilləri xoşlamıram. İşlədiyim məşqçilərin adını açıqlamaq istəməzdim".
Bakı Şahmat Olimpiadasının Azərbaycanın idman həyatında xüsusi yer tutacağını deyən T.Rəcəbov şahmatın ölkəmizdə inkişafda olduğunu vurğulayıb: "Azərbaycanda şahmatın inkişafı üçün hər cür şərait var. Məktəblərdə şahmat dərsləri keçirilir. Üstəlik dövlət səviyyəsində şahmatçılar üçün bütün imkanlar yaradılıb. Ölkəmizdə şahmata böyük maraq var. Fikrimcə, şahmat Azərbaycanda bir nömrəli idman növüdür. Olimpiadaya hazırlıqla bağlı federasiyada proqram hazırlanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB