“Muğan” iki futbolçu transfer edib

“Muğan” iki futbolçu transfer edib

Qış fasiləsi müddətində heyətini gücləndirməyə çalışan "Muğan" iki yerli futbolçunu heyyətinə qatıb. Siasport.az saytı xəbər verir ki, bu futbolçular 2007-ci ildən etibarən "Qəbələ"də çıxış edən 22 yaşlı yarımmüdafiəçi Pərvin Paşayev və son mövsümdə AZAL-ın şərəfini qoruyan yarımmüdafiəçi Hüseyn Axundovdur. Hər iki gənc futbolçu eyni zamanda Azərbaycanın U-21 yığma komandasında çıxış edib. Axundov 2011-ci ilin yayına qədər \"Muğan\" klubunda icarə əsasında çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə