“Bayern Münhen”in kapitanı “Milan”a keçmək üçün öz cibindən 1,5 milyon avro ödəyib!
Məlum olduğu kimi dünən Almaniyanın ən nüfuzlu futbol klublarından olan "Bayern Münhen"in hollandiyalı kapitanı Mark Von Bommel, gözlənilmədən İtaliyanın "Milan" futbol klubuna transfer olub. Siasport.az saytı xəbər verir ki, artıq sürpriz sayılacaq bu transferin əsl mahiyyəti barədə yeni məlumatlar ortaya çıxıb. Sən demə hər şey "Bayern Münhen" klubunun rəsmi açıqlamasında göstərilənlər kimi deyilmiş. Xatırladaq ki, "Bayern Münhen" futbol klubu dünənki rəsmi açıqlamasında Bommelin "Milan"a transfer olmaq üçün alman klubu ilə bu ilin iyunun 30-dək nəzərdə tutulan müqaviləsinin ləğv olunması üçün müraciət etdiyi və "Bayern Münhen" futbol klubunun rəhbərliyinin hollandiyalı futbolçunun bu istəyini qəbul etdiyi vurğulanırdı. Lakin İtaliya mətbuatı
dünən bu transferin maraqlı tərəfləri ilə bağlı yeni xəbərlər dərc edib. İtaliya mətbuatı iddia edir ki, Mark Von Bommelin "Milan"a transfer olunması üçün hollandiyalı futbolçunun xahişini əvvəlcə rədd edən alman klubunun rəhbərliyi, müqavilənin qarşılıqlı olaraq ləğv olunması üçün kapitanın 1,5 milyon avroya qədər təzminat ödəməli olduğunu onun diqqətinə çatdırıblar. İtaliya klubuna transfer olunmaq istəyən və bu prosesin uğurla alınmasında maraqlı olan hollandiyalı futbolçu, "Bayern Münhen" rəhbərliyinin tələb etdiyi pulu öz hesabına ödəməli olub.Yalnız bundan sonra alman klubunun rəhbərliyi futbolçunun "Milan"a keçidinə razılıq verib. Üstəlik klubun rəsmi açıqlamasında deyildiyindən tam fərqli olaraq tərəflər heç də mehribanlıqla ayrılmayıblar

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB