“Qalatasaray” Kiki Sançes Floreslə görüşür

“Qalatasaray” Kiki Sançes Floreslə görüşür

Türkiyənin "Qalatasaray" futbol klubu baş məşqçi axtarışlarını davam etdirir. Bu məqsədlə klub rəhbərliyi Kiki Sançes Floreslə görüşüb.

Təcrübəli baş məşqçi ilə Avropada keçirilən görüşdə klubun təklifləri ona çatıdırlıb. İlkin təmaslarda razılıq əldə edilmədiyindən klub rəhbərliyi 51 yaşlı futbol mütəxəssisi ilə qarşıdakı günlərdə yenidən görüşərək, onu "Qalatasaray"ın sükanı arxasına keçməyə razı salmağa çalışacaqlar.

Qeyd edək ki, hazırda işsiz olan Flores son olaraq İngiltərə Premyer Liqası klublarından olan "Watford"u çalışdırıb. Adıçəkilən klubun liqanı 13-cü pillədə başa vurması isə Floresin tutduğu pozstdan uzaqlaşdırılmasına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə