1980-1990-cı illərdə vurduğu qollar və uzun saçları ilə bütün dünyada milyonlarla futbolsevərin sevimlisi olmiş əfsanəvi hollandiyalı futbolçu, hazırda Rusiya Premyer Liqasında çıxış edən "Terek" futbol klubunda baş məşqçi olan Ruud Gullit, 15 gün ərzində tam olaraq susacaq və jurnalistlərin heç bir sualına cavab verməyəcək. Siasport.az saytı xəbər verir ki, "Trerk" klubu ilə birilikdə Antalyada təlim-məşq toplantısında olan məşhur hollandiyalı baş məşqçinin mətbuata bir kəlmə də olsun danışmamasını "Terek" futbol klubunun rəhbəri və Çeçenistan prezidenti olan Ramzan Kadırov ondan xahiş edib. Verilən məlumata əsasən hollandiyalı mütəxəssis R.Kadırovun xahişini yerə salmayaraq yalnız Antalyadakı təlim-məşq toplantısı bitəndən sonra Qroznıda jurnalistlər üçün mətbuat konfransı keçirəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB