BŞH kimsəsiz uşaqları sevindirdi

BŞH kimsəsiz uşaqları sevindirdi

Bu gün Dənizkənarı Milli Parkda yerləşən "Formula-1" əyləncə zonasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Umid Yeri" Uşaq Sığınacağının sakinləri üçün əyləncəli tədbir təşkil olunub. SİA-nın məlumatına görə, 6-18 yaş arası 33 uşağın qatıldığı tədbir maraqlı məqamlarla yadda qalıb. Tədbirdə uşaqlar əyləncə zonasında yerləşən simulayotorlardan faydalana bilib və maraqlı oyunlara qatılıblar. Həmçinin uşaqlar üçün maraqlı hədiyyələr də hazırlanıb. Məşhur cizgi film qəhrəmanlarının obrazları isə uşaqlarda xoş təəssüratlar yaradıb.

"Formula-1" üzrə Avropa Qran-Pri yarışlarının təşkilatçısı "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin insan resursları şöbəsinin baş əlaqələndiricisi Türkan Məmmədova tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, bu gün "Formula-1" əyləncə zonasında uşaqların vaxtının maraqlı keçməsi üçün hər cür şərait yaradılıb: "Uşaqlar sevindikcə biz də onların xoş anlarına qoşulub, bu məqamı birgə yaşayırıq".

"Umid Yeri" Uşaq Sığınacağının təşkilatçısı Vüsalə Sadıqova "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinə öz minnətdarlığını bildirib: "Bu tədbir bizim sığınacaqda olan uşaqlara qarşı böyük diqqətdir. Belə əlamətdar gündə onların əhvalını qaldırmaq bizi çox sevindirir. Bizim sığınacaqda olan uşaqların bir qismi burada iştirak edir. Onlar üçün hər cür şərait yaradılıb".

Uşaqlar "Formula-1" əyləncə zonasından xoş təəssüratlarla ayrılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə