Buz üzərində dırmaşma üzrə Dünya Kubokunun mərhələ yarışı başa çatıb
İsveçrənin Saas Feya dağ xizəyi kurortunda buz üzərində dırmaşma üzrə Dünya Kubokunun mərhələ yarışı başa çatıb. Siasport.az saytı xəbər verir ki, Əli Abdullayev Dünya Kuboku mərhələsində iştirak edən 40 nəfər kişi idmançı arasında 22-ci, Dilarə Cəfərova isə 20 qadın idmançı arasında 13-cü yeri tutub.
İdmançılarımızın beynəlxalq miqyaslı yarışlarda iştirakı bu maraqlı və perspektivli idman növünün ölkəmizdə inkişafı baxımından çox böyük əhəmiyyət kəsb edir. İdmançılarımızın beynəlxalq çempionatlarda qazandığı vərdiş və təcrübə onların məşq taktikasını daha yaxşı əlaqələndirməyə və beynəlxalq reytinqi artırmağa imkan verəcək. Bu mərhələ sayəsində Alpinizm Federasiyası buz üzərində dırmaşma idmanının strategiyasını dəyişmək və hər il keçirilən Azərbaycan çempionatını keyfiyyətcə yeni səviyyəyə qaldırmaq imkanı əldə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB