Jaba və Roşa əvəzedici komandaya göndərilib

Jaba və Roşa əvəzedici komandaya göndərilib
"Bakı" futbol klubunun braziliyalı futbolçuları Jaba və Roşa hazırda əvəzedici komandanın heyətində məşq edirlər. Siasport.az saytı xəbər verir ki, komandanın Antalyada keçirdiyi təlim-məşq toplantısına gecikən hər 2 futbolçu baş məşqçi Aleksandr Starkov tərəfindən əvəzedici komandaya göndərilib.

Təlim-məşq toplantısından uzaqlaşdırılıan futbolçular klub bazasında məşqçilər Qəhrəman Əliyev və Məqsəd Yaqubəliyevin nəzarətində əvəzedici komandanın heyətində hazırlıq keçirlər.

Adları çəkilən futbolçuların taleyinə komanda Bakıya döndükdən sonra aydınlıq gətiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə