Bir sıra "Barselona"lı futbolçuların yaxın keçmişləri ilə bağlı yeni-yeni məlumatlar üzə çıxmağa başlayıb. Siasport.az saytı xəbər verir ki, bu məlumatlar daha çox katalonların əzəli rəqibi olan "Real Madrid"lə bağlı olanda daha dramatik və ciddi maraq kəsb edir. "Barselona"nın forvardı Xavi, İspaniyanın idman mətbuatına verdiyi açıqlamada futbola yeni-yeni qədəm qoyduğu vaxtlarda "Real Madrid" futbol klubu tərəfindən ona gələn transfer təklifini rədd etdiyini və bundan indi də heç bir peşmançılıq hissi keçirmədiyini açıqlayıb. Xavi bildirib ki, o hazırda "Barselona"da oynamaqdan məmnundur və özünü bu komandada xoşbəxt hiss edir. Xatırladaq ki, neçə illər bundan əvvəl "Real Madrid"in transfer təklifini rədd etmiş 30 yaşlı Xavi, bütün futbol həyatını məhz "Barselona"da keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB