Şahmatçılar Şəmkirdə futbol bacarıqlarını nümayiş etdiriblər

Şahmatçılar Şəmkirdə futbol bacarıqlarını nümayiş etdiriblər

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2016" turnirinin iştirakçıları istirahət günündə futbol oynamaq bacarıqlarını nümayiş etdiriblər. SİA-nın məlumatına görə, topa ilk zərbəni qadın şahmatçılar arasında dünya çempionu Hou Yifan vurub.

Şəmkir Olimpiya Kompleksində baş tutan ilk oyunda media nümayəndələri və şahmat şərhçilərinin toplaşdığı "Media" kollektivi şahmatçıların komandasına 9:1 hesabı ilə qalib gəlib. Şahmatçıların komandasında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Pavel Elyanov, Fabiano Karuana və Sergey Karyakin çıxış edib.

Digər görüşdə Şəmkir İcra Hakimiyyətinin komandası təşkilatçılara - "Synergy Group"a 0:3 hesabı ilə uduzub. Finalda "Media" komandasını 2:1 hesabı ilə üstələyən "Synergy Group" turnirin qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə