\"Ağ-qaralar\" fitnes zalında məşq ediblər

\"Ağ-qaralar\" fitnes zalında məşq ediblər

\"Neftçi\" PFK Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytı xəbər verir ki, komandanın bu gün 2 məşqi nəzərdə tutulub. Səhər məşqi həm fitnes zalında, həm də yaşıl meydanaçada keçirilib. \"Ağ-qaralar\" baş məşqçi Arif Əsədov, məşqçilər Bəxtiyar Musayev, Elmir Xankişiyev, fiziki hazırlıq üzrə məşqçi Mehmet Ak, eləcə də qapıçılarla işləyən məşqçi Neboyşa Manoyloviçin rəhbərliyi altında müxtəlif təmrinləri yerinə yetiriblər. Soyuqdəyməsi olan kapitan Rail Məlikov və zədəli Emil Mpenza məşqə qatıla bilməyib. Fitnes zalındakı çalışmalardan sonra futbolçular hazırlığı yaşıl meydançada davam etdiriblər. Onlar \"Polor saat\"ları ilə hərəsi 5 dəqiqə olmaqla, 5 dəfə qaçıblar. Axşam məşqi Bakı vaxtı ilə saat 19:00-da olacaq.

Xatırladaq ki, yanvarın 24-də başlanan təlim-məşq toplanışı fevralın 4-də yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə