Azərbaycan samboçuları bu axşam Qazaxıstana yollanacaqlar

Azərbaycan samboçuları bu axşam Qazaxıstana yollanacaqlar

Azərbaycanın sambo üzrə milli komandası bu axşam Qazaxıstana yollanacaq. Bu barədə siasport.az saytına yığma komandanın baş məşqçisi Mübariz İbrahimov açıqlama verib. Onun sözlərinə görə, idmançılarımız Uralski şəhərində Dünya Kubokunun mərhələ yarışına qatılacaqlar. Baş məşqçi bildirib ki, yarışa 6 idmançı, 1 məşqçi və 1 hakim yollanacaq. Turnirin yanvarın 28-də başlayacağını vurğulayan M.İbrahimov yetirmələrindən yüksək nəticələr gözlədiyini deyib. O, ötən il, idmançılarımızın 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazandıqlarını xatırladıb.

Qeyd edək ki, yarışa yanvarın 31-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə