Mixael Skibbenin müqaviləsi uzadıldı

Mixael Skibbenin müqaviləsi uzadıldı

Bir neçə il bundan əvvəl İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi olmuş Mixael Skibbe Almaniya Bundesliqsında çıxış edən "Eyntraxt Frankfurt" futbol klubunda baş məşqçi olaraq daha bir il çalışacaq. Siasport.az saytı xəbər verir ki, alman futbol klubu M.Skibbe ilə müqaviləsinin müddətini 2012-ci ilədək uzatmaq haqqında təcrübəli futbol mütəxəssisinə imza atdırıb.Klubun yaydığı açıqlamada deyilir ki, M.Skibbe "Eyntraxt Frankfurt" klubu üçün ideal baş məşqçidir və rəhbərlik onun fəaliyyətindən tam razıdır. Klubun adından verilən rəsmi açıqlamada komanda rəhbərliyinin M. Skibbe ilə qarşıdakı illərdə də yenidən çalışmaq istədiyi ifadə olunub

Bütün xəbərlər Facebook səhifəmizdə