Millimiz İsrail yığmasını məğlub edib

Millimiz İsrail yığmasını məğlub edib

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığını davam etdirir. SİA xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, hazırda İsraildə təlim-məşq toplanışında olan yığmamız bu ölkənin əsas komandası ilə yoldaşlıq görüşü keçirib. Hazırlıq matşında sevinən tərəf voleybolçularımız olub. Millimiz meydan sahiblərini quru hesabla məğlub edib - 3:0.

Qeyd edək ki, Avroliqada B qrupunda mübarizə aparacaq komandamız sabah yarışın keçiriləcəyi Monteneqroya yola düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə