“Çelsi” “Bolton”u 4:0 darmadağın etdi

“Çelsi” “Bolton”u 4:0 darmadağın etdi

Deyəsən "Çelsi" futbol klubu son vaxtlar İngiltərə premyer liqasındakı uğursuz çıxışını dayandırmaq qərarına gəlib. Siasport.az saytı xəbər verir ki, bir həftə əvvəl "Blekbörn" klubunu məğlubiyyətə uğradaraq özünə inamı yenidən bərpa edən "Zadəganlar" dünən bu uğurun davamı kimi səfərdə "Bolton"u darmadağın edərək qələbə sevinci yaşayıblar. Siasport.az saytı xəbər verir ki, "Bolton" üzərində 4:0 hesablı qələbəni bayram edən Roman Abramoviçin komandası, qol şousuna oyunun 11-ci dəqiqəsində Didye Droqbanın vurduğu qolla başlayıblar. Qarşılaşmada əasən rəqib qapısı ağzında var-gəl edən "Çelsi" futbolçuları bunun məntiqi sonluğunu qarşılaşmanın sonrakı dəqiqələrində vurduqları qollarla yekunlaşdırıblar. Belə ki, oyunun 41-ci dəqiqəsində Florent Maluda, 56-cı dəqiqədə Nikola Anelka və 74-cü dəqiqədə "Çelsi"nin braziliyalı forvardı Ramires gözəl qollar vuraraq hesabı "Çelsi"nin xeyrinə 4:0 ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə