Antalyada təlim-məşq toplanışını davam etdirən AZAL ikinci yoxlama oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, Qazaxıstanın "Vostok" klubu ilə görüşən Nazim Süleymanovun yetirmələri qələbəni əldən veriblər. "Titanik" otelinin meydançasında baş tutan matçda bərabərlik qeydə alınıb - 1:1. Komandamızın qoluna litvalı legioner Gvidas Yuska imza atıb. Rəqib isə oyunun son dəqiqələrində qolun əvəzini çıxa bilib. Qeyd edək ki, növbəti yoldaşlıq görüşü yanvarın 27-də "Volın"a qarşı keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB