Berti Foqts: "İstənilən turnirdə yüksək nəticə əldə etmək əhəmiyyətlidir"

Berti Foqts: "İstənilən turnirdə yüksək nəticə əldə etmək əhəmiyyətlidir"
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts "İnter" klubunun "Birlik kuboku"nda qələbə qazanması ilə bağlı AFFA-nın rəsmi saytına fikirlərini bildirib. iasport.az saytı baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: "İlk növbədə "İnter"i bu qələbə münasibətilə təbrik edirəm. İstənilən turnirdə yüksək nəticə əldə etmək əhəmiyyətlidir. "İnter"in turnir ərzində qapısının toxunulmazlığını qoruyaraq ardıcıl qələbələr qazanması əsl komanda oyununun göstəricisidir. Belə qələbələrin sayının çox olmasını və Azərbaycan futbolunun inkişafına töhfə verməsini arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə