Bir neçə gün öncə "Bakı"nın yeni baş məşqçisi Aleksandr Starkov komandanın üç futbolçusunu - Cefersson Anqulo, Leonardo Rosa və Jabanı heyətdən kənarlaşdırdı. Siasport.az saytı xəbər verir ki, latviyalı mütəxəssis bu futbolçuları heyətdən kənarlaşdırmasını səbəb kimi onların komandanın təlim-məşq toplanışana gec qoşulmasını göstərdi.
Lakin bu futbolçulardan ikisinin - Roşa və Jabanın komandaya qayıtması gözlənilir. Məlumatlara görə, "Bakı" rəhbərliyi braziliyalıların geri qaytarılması üçün baş məşqçi ilə məsləhətləşmələr aparır. Onların komandanın əsas oyunçuları olduğunu nəzərə alan klub rəhbərliyi braziliyalıların geri qayıtmasında maraqlıdır.
Həmçinin bu futbolçular komandadan gedəcəyi tədqirdə "Bakı" rəhbərliyi böyük məbləğdə ziyana düşəcək. Çünki hər ikisinin komanda ilə qüvvədə olan müqaviləsi var. Xüsusən də Jabanın müqaviləsində yüksək məbləğdə təzminant nəzərdə tutulub ki, indiki halda onun heyətdən kənarlaşdırılması "Bakı" rəhbərliyinə sərf etmir.
Məsələ ilə bağlı klubun vitee-prezidenti Zeynal Məmmədov açıqlama verib. Klub rəsmisi baş məşqçinin işinə qarışmadıqlarını bildirib: "O futbolçuları baş məşqçi qovub, geri qaytarmaq istəsə də, o qaytarar. Biz baş məşqçinin işinə müdaxilə edə bilmərik. Futbolçunun günahı olmasa, cəzalanmaz. Düzdü, Jaba çox yaxşı futbolçudu, elə Roşa da faydalıdı. Ancaq məşqçi istəməsə onların geri qayıtması mümkün deyil. Kim də deyirsə ki, qaytarmaq istəyirik, bu yalan xəbərdi, elə şey yoxdu". //fanat.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB