AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərnizə çatdırır:
Azərbaycan Kubokunun "Qarabağ" - "Neftçi" matçının 120-ci dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52).
Oyunun 120-ci dəqiqəsində "Neftçi" klubunun 15 №-li futbolçusu Erik Ramos kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).
Oyunun 120+1-ci dəqiqəsində "Qarabağ" klubunun 9 №-li futbolçusu Reynaldo Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB