Baş məşqçi: "Peşəkarlar Liqası yeni inkişaf dövrünə qədəm qoyub" AÇIQLAMA

Baş məşqçi: "Peşəkarlar Liqası yeni inkişaf dövrünə qədəm qoyub" AÇIQLAMA

"Azərbaycan Kikboksinq Federasiyasının Peşəkarlar Liqası yeni inkişaf dövrünə qədəm qoyub. Bu liqada əsasən rinqdə peşəkar döyüşçülərimizin qüvvələrini yoxlayırıq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kikboksinq üzrə (peşəkarlar) Azərbaycan milli komandasının baş məşqçisi Elşən Əbdülrəhimov deyib.

O qeyd edib ki, peşərkarlar arasında keçirilən yarışlar idmançıların peşəkar döyüşlərə uyğun inkişafı üçün önəmli tədbirlərdir: "Sumqayıtda keçirilən son turnirdə idmançılarımzın kifayət qədər peşəkar və güclü olduqları məlum oldu. Regionlarda təşkil edilən peşəkar yarışlarda yeni idmançılar kəşf edirik. Belə turnirlərdə idmançıların yeni xüsusiyyətləri də üzə çıxır".

Bütün xəbərlər Facebook səhifəmizdə