Azad Rəhimov: “İnter"in MDB ölkələri arasında keçirilən “Birlik Kuboku”nda qələbə qazanması bir daha Azərbaycan futbolunun inkişaf etdiyini göstərir”

Azad Rəhimov: “İnter"in MDB ölkələri arasında keçirilən “Birlik Kuboku”nda qələbə qazanması bir daha Azərbaycan futbolunun inkişaf etdiyini göstərir”

"İnter"in MDB ölkələri arasında keçirilən "Birlik Kuboku"nda qələbə qazanması bir daha Azərbaycan futbolunun inkişaf etdiyini göstərir". SİA-nın bölgə müxbiri xəbər verir ki, bunu Göygöldə səfərdə olan gənclər və idman naziri Azad Rəhimov bildirib. Nazir Azrbaycanda futbolun inkişafı üçün vaxt tələb olunduğunu dilə gətirib: "Biz dəfələrlə demişik ki, Azərbaycanda futbol var. Sadəcə bu idman növünü inkişaf etdirmək üçün bizə vaxt lazımdır. Ölkəmizdə futbola diqqət artırılıb. Futbol Akademiyası fəaliyyət göstərir. 13 yaşlı futbolçulardan ibarət liqa yaradılıb. Ümumiyyətlə, MDB dövlətləri arasında keçirilən müxtəlif turnirlərdə Azərbaycan klubları dəfələrlə öz sözlərini deyiblər. Daha öncə Neftçi və digər klublarımız da uğur qazanıblar. Sevindirici hal həm də ondan ibarətdir ki, Azərbaycan klubları bu turnirdə rəqiblərini böyük hesabla məğlub edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə