Dünya Kubokunda 20 cüdoçumuz mübarizə aparacaq

Dünya Kubokunda 20 cüdoçumuz mübarizə aparacaq

Yanvar ayının 29-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində kişilər arasında cüdo üzrə Dünya Kubokuna start veriləcək. Siasport.az saytı xəbər verir ki, iki gün davam edəcək yarışda baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında 20 cüdoçumuz - İlqar Müşkiyev, Vüqar Şirinli, Asim Xələfov, Rasim Əsədullayev (hər dördü 60 kq), Tərlan Kərimov, Sərxan Əhmədov, Rüstəm Orucov, Emil Həsənov (hər dördü 66 kq), Ramil Qasımov, Elnur Əhmədli, Renat Mirzəliyev, Nadir Babayev (hər dördü 73 kq), Rüstəm Alimli, Seymur Rzazadə, Elxan Rəcəbli, Tural Səfquliyev (hər dördü 81 kq), Ramin Qurbanov, Şahin Qəhrəmanov, Kənan Nağıyev (hər üçü 90 kq) və Şahin Məmmədov (100 kq) mübarizəyə qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə