Şəhriyar Məmmədyarov 11 yaşlı şahmatçı ilə heç-heçə etdi

Şəhriyar Məmmədyarov 11 yaşlı şahmatçı ilə heç-heçə etdi

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2016" turnirinin iştirakçıları Şəmkirdə yerləşən Zəka Gənclər Mərkəzində yeniyetmə şahmatçılar üçün seans keçiriblər. SİA-nın məlumatına görə, yeniyetmə şahmatçılarla görüşdə həmyerlimiz Şəhriyar Məmmədyarov, çinli dünya çempionu Hou Yifan, Rusiya təmsilçisi Sergey Karyakin, Hollandiyadan Aniş Giri və italiyalı Fabiano Karuana iştirak edib.

Maraqlıdır ki, yeniyetmələrlə görüşlərin hamısında qrossmeysterlər qələbə qazanıb. Yalnız Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov 11 yaşlı Əli Əmrahlıya heç-heçə təklif edərək, yeniyetmənin sevinməsinə şərait yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə