Artıq İtaliyanın "Yuventus" klubunun transfer etmək istədiyi futbolçunun adına aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, İtaliyanın nəhəng və qocaman futbol klublarından olan "Yuventus" İspaniyanın "Seviliya" klubunda çıxış edən Fabianonu heyətinə qatmaq istəyir və bu məqsədlə ispan klubuna təkliflə də müraciət edib. İspaniya mətbuatının yazdığına görə, futbolçunun özü də "Seviliya"da oynamaq istəmir və "Yuventus"a transfer olunmaq üçün şəxsən böyük fədakarlıqlar etməyə hazırdır. İspaniyanın "Marça" qəzeti yazır ki, "Seviliya"da ilinə 3 milyon 200 min avro pul alan braziliyalı futbol ulduzu İtaliya klubuna transferinin uğurla reallaşması üçün "Yuventus"da cəmi 2.5 milyon avro pul almağa belə razı olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB