“Real” “Barselona”nı gözdən qoymur

“Real” “Barselona”nı gözdən qoymur

"Real Madrid" əzəli rəqibi "Barselona"dan geri qalmamaq və İspaniya çempionluğu uğrundakı mübarizədən qopmamaq üçün bütün gücünü səfərbər edib. Siasport.az saytı xəbər verir ki, dünən İspaniya La Liqası çərçivəsində "Santyaqo Bernabeu" stadionunda "Malyyorka"nı qəbul edən kral klubu rəqibini 1:0 hesablı qələbə ilə yenərək əzəli rəqibi ilə aralarındakı xal fərqinin daha da böyüməsinə imkan verməyib. "Real Madrid"ə qələbə gətirən qolu qarşılaşmanın 61-ci dəqiqəsində Kərim Benzema vurub. Qarşılaşmada qayda pozuntularına görə hakim tərəfindən futbolçulara düz 7 sarı vərəqə göstərilib. Bu nəticədən sonra "Real" xal hesabını 51-ə yüksəldərək "Barselona"nın ardınca çempionluq uğrundakı mübarizəsini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə