Şahmat üzrə Azərbaycan çempionatında ikihakimiyyətlilik

Şahmat üzrə Azərbaycan çempionatında ikihakimiyyətlilik

Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatı davam edir. Siasport.az saytı xəbər verir ki, dairəvi sistemlə keçirilən Respublika çempionatının üçüncü turunda Nicat Məmmədov Orxan Abdulova qalib gəlib, Zaur Məmmədov isə Fərid Abbasova məğlub olub.

Bu turda Vasif Durarbəyli-Rüfət Bağırov, Ülvi Bacarani-Vüqar Rəsulov, Qədir Hüseynov-Loğman Quliyev, Nicat Abbasov-Azər Mirzəyev qarşılaşmaları heç-heçə nəticələnib.
Üç turdan sonra hərəyə 2,5 xal toplamış Rüfət Bağırov və Nicat Məmmədov turnir cədvəlinin liderdirlər.
Qeyd edək ki, çempionatın dördüncü turunda Rüfət Bağırov (2471)-Azər Mirzəyev (2563), Loğman Quliyev (2464)-Nicat Abbasov (2486), Vüqar Rəsulov (2483)-Qədir Hüseynov (2591), Fərid Abbasov (2537)-Ülvi Bacarani (2393), Orxan Abdulov (2344)-Zaur Məmmədov (2443), Vasif Durarbəyli (2504)-Nicat Məmmədov (2580) qarşılaşmaları baş tutacaq. Yarışın mükafat fondu 10 min manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə