Adil Əliyev qalib idmançılarla görüşüb FOTOLAR

Adil Əliyev qalib idmançılarla görüşüb FOTOLAR

28 May - Respublika Gününə həsr edilmiş kikboksinq üzrə "Azərbaycan kəməri" uğrunda peşəkarlararası turnir keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Kikboksinq Federasiyası tərəfindən təşkil olunmuş yarış Sumqayıt şəhərində baş tutub. Turnirdə, həmçinin reytinq döyüşləri də keçirilib. Reytinq döyüşlərində Əsgər Rəhimov, Amid Hüseynov, Rauf Nəcəfov, Arzuman Qədimov, kəmər döyüşündə Anar Məmmədov, kəmər müdafiəsində isə Ramal Aslanov və Nahid Əsədov qalib gəlib.

Bu gün Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev federasiyanın məşq zalında qalib idmançılarla görüşüb. O, qalib gəlmiş idmançıları təbrik edib, müvafiq tövsiyə və tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə