Boks üzrə Bakı birinciliyi keçirilib

Boks üzrə Bakı birinciliyi keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində 1993-1994–cü il təvəllüdlü gənclər arasında boks üzrə Bakı birinciliyi keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda 14 idman cəmiyyətini təmsil edən 107 idmançı 49, 52, 56, 60, 64, 69, 75, 81, 91 və 91 kq-dan yuxarı çəki dərəcələrində mübarizə aparıblar. Yarışda Orxan Süleymanov (49 kq), Hüseyn Nərimanlı (52 kq), Anar Əliyev (56 kq) Səid Rai (60 kq), Coşqun Əliyev (64 kq), Fəqan Hüseynov (69 kq), Nurxuda Qaydarov (75 kq), Səxavət Qurbanov (81 kq), Hacıbaba Hacıbabayev (91 kq) və Orxan Məmmədzadə (91 kq-dan yuxarı) qalib olub.
Yarışda I-III yerləri tutmuş idmançılar baş idarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə